Menu

AZ EN RU

Sifarişçi tərəf Marcom şirkətinin saytı üzərindən Web Banner üzrə müvafiq brif formasını dolğun şəkildə doldurur;

Marcom şirkəti daxil olmuş brif əsasında məlumatların doğruluğunu yoxlayır və təqdim olunmuş məlumatlar əsasında qiymət təklifi hazırlayaraq göndərir;

Təqdim olunmuş qiymət təklifi yazılı şəkildə təsdiqləndikdən sonra Sifarişçi müqavilənin rekvizitlərini (müqaviləni imzalayacaq şəxsin ad və soyadı, şirkətin rəsmi adı, bank hesab məlumatları) Marcom şirkətinə göndərir;

Müqavilə imzalandıqdan və ödənişin 50% hesaba daxil olduqdan sonra brif məlumatları əsasında Marcom şirkəti tərəfindən banner konsepti hazırlanaraq, təsdiqlənməsi üçün Sifarişçi tərəfə göndərilir;

Sifarişçi ona təqdim olunmuş bannerlə bağlı hər hansı bir dəyişiklik etmək istəmədiyi təqdirdə banner konseptini yazılı formada təsdiqləyərək Marcom şirkətinə göndərir;

Yazılı təsdiq məktubu əsasında Marcom şirkəti həmin banner konseptini kodlaşdırır və Sifarişçi tərəfindən təqdim olunmuş yönləndirmə linkini əlavə edir;

Razılaşdırılmış məbləğin digər hissəsi ödənildikdən sonra banner Sifarişçi tərəfə e-poçt vasitəsilə göndərilir.