Menu

Web Banner hansı ölçülərdə hazırlanır?

Əgər web Banner xəbər saytlarını birində və ya bir neçəsində yerləşdirəcəksə, həmin ölçülər xəbər saytında çalışan müvafiq şəxs tərəfindən banner yerləşdirən şəxsə göndərilir. Hazırlanacaq bannerlər google reklamlarında istifadə olunacaqsa həmin bannerlərin ölçüləri aşağıdakılardan ibarət olacaqdır. leaderboard (728x90), banner (468x60), half banner (234x60), button (125x125), skyscraper (120x600), wide skyscraper (160x600), small rectangle (180x150), vertical banner (120 x 240), small square (200x200), square (250x250), medium rectangle (300x250), large rectangle (336x280), half page (300x600), portrait (300x1050), mobile banner (320x50), large leaderboard (970x90), billboard (970x250).

Web Banner hazırlamaq üçün hansı məlumatlar təqdim olunmalıdır?

Web Banner hazırlamaq üçün Sifarişçi tərəf qeyd olunan məlumatları təqdim etməlidir. Bannerin ölçüsü, bannerin üzərində yer alacaq mətn və şəkillər, bannerə klik olunanda yönləndiriləcək link.

Web Banner hansı proqram dilində hazırlanır?

Web Banner əsasən Adobe Animate proqramında hazırlanır, daha sonra həmin proqram banneri HTML5 formatına eksport edir.

Web Bannerin hazırlanma müddəti nə qədərdir?

Web Banner Sifarişçi tərəfin təqdim etdiyi məlumatların dolğunluğundan asılı olaraq 1 və ya 2 iş günü ərzində hazırlanır.