Veb saytı Dark Mode edərkən SEO optimizasiya ilə bağlı hər hansısa dəyişiklik etmək lazımdır?
Google Webmaster Central Hangout-un son canlı yayımında John Müller ona ünvanlanmış sualları cavablayıb. Suallardan biri də Dark Mode yəni, qaranlıq rejimin SEO optimizasiyaya hər hansısa təsiri barədə olub.
Müller bildirib ki, qaranlıq rejim SEO optimizasiyaya təsir etmir. Hətta bunun üçün xüsusi dəyişikliklər etmək də lazım deyil. Qaranlıq rejim CSS tərəfindən tənzimlənir və saytın SEO optimizasiyası, Google indekslənmə CSS-in veb saytda necə tətbiq edilməsinə nəzərən təyin edilməz.
Faydalı: GOOGLE XƏRİTƏ-DƏ YENİLİK
John Müller sözügedən qaranlıq rejimin sıralama faktoru ilə əlaqəsiz olmasını, lakin hər an bir təsirinin ola biləcəyini də bildirib. Müllerə görə qaranlıq rejim bir çox veb saytda tətbiq edilirsə və axtarış edənlər də öz mobil cihazlarında bu rejimdən istifadə edirlərsə, o zaman istifadəçi təcrübəsinə əsaslanaraq saytı “Dark Mode” etmək məntiqlidir.
John Müllerin haqqında danışdığımız mövzu ilə bağlı açıqlamasını videonun 28:39-cu dəqiqəsindən sonra izləyə bilərsiniz. Videonu izləmək üçün linkə keçid edin: Dark Mode və SEO