Billboard, outdoor (autdor) reklamları bir şirkəti, markanı, kampaniyanı, məhsul və ya xidməti təqdim etmək üçün istifadə edilən effektiv marketinq üsuludur. Markanın tanıdılması və təqdim edilən məhsul və ya xidmətin mümkün olduğu qədər çox insanın görməsinin təmin edilməsi üçün bu reklamlar əsasən nəqliyyatın sıx olduğu ərazilərdə yerləşdirilir.
Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, insanları 71%-i nəqliyyat istifadəsi zamanı reklam lövhələrinə nəzər salırlar.
Billboard Reklam Dəyəri
Reklam lövhəsinin dəyəri onun yeri, həmin ərazidə nəqliyyatın sıxlığı və reklamı görərəcək insanların təqribi sayına nəzərən təyin edilir. Billboard reklamı out-of-home (OOH), yəni evdən kənar reklam adlandırılır. Hər OOH reklam fürsətinə (məsələn, fərdi reklam lövhəsinə) bir OOH reytinq verilir ki nəticədə onun maliyyə dəyəri təyin edilərək reklamverənlərə təqdim edilir.
OOH reytinqini təyin edən bir neçə faktor var. Bunlardan bir neçəsini aşağıda təqdim edirik:
1. Dövriyyə. Hər həftə billboard ətrafından keçən insanların ümumi sayıdır. Bu məlumat yerli nəqliyyat idarələri tərəfindən toplanır.
2. Demoqrafiya. Yaş, cinsiyyət və reklam lövhəsini görənlərin digər özəlliklərini əhatə edir. Bu məlumatlar səyahət anketlərindən və yerli nəqliyyat vasitələrindən əldə edilir.
Lakin reklam lövhəsinin dəyəri müəyyən ərazinin kirayələnməsi ilə məhdudlaşmır.Bura həmçinin reklam lövhəsinin hazırlanması və çap işlərinə sərf olunacaq maliyyə də aid edilir.
Billboard Dizaynı
Potensial olaraq milyonlarla insanın görəcəyi reklama sərmaye ayrılırsa, təbii ki, bu reklamın qazanclı olması da hədəflənir. Reklam lövhəsinin təsirli və diqqət çəkən olması üçün bir neçə üsul vardır.
Qısa hekayə danışan reklam
Effektiv reklam lövhəsi insanları düşündürür. Bu bir neçə saniyəlik belə olsa, nəticə etibarilə effektiv reklama xas xüsusiyyətdir. Bəzi reklamlarda hədəf kütləsinə verilən mesaj görüntü və ya mətn olaraq təqdim edilir. Əslində bir çox sürücü bir neçə sözdən sonra reklamı oxumur.
Reklam lövhəsi bir fikir və ya kampaniyanın əsas məqsədini mətnlə izah etmək əvəzinə birbaşa izah etmək üçün dizayn edilməlidir. Məsələn, bu reklam lövhəsində bir çemodan reklam lövhəsindən daha da uzun ömürlüdür mesajı verilmişdir.
Sadə olun
Sürücülər və ya yoldan keçənlər reklam lövhəsinə sadəcə bir neçə saniyə baxırlar. Daha çox hədəf kütləsini (potensial müştərini) əhatə etmək üçün billboard dizaynı sadə olmalıdır.
Təyin olunan hədəf kütləsi üçün qabarıq olan rəngləri seçin. Reklam lövhəniz çöllükdədirsə, o zaman yaşıl, qəhvəyi rəngin tonlarından istfadə etmək effektiv deyildir. O rənglərin əksinə, olduğu ərazidən rəng etibarilə seçilən, amma bir o qədər də uyğun olan rənglərdən istifadə edilməlidir. Məsələn, aşağıdakı reklam lövhəsinə nəzər sala bilərik.
İnteraktiv olun
Reklam lövhəsini yerləşdiyi əraziyə əsasən, onun ətrafındakı müəssisə və ya hər hansısa obyektlə əlaqələndirərək dizayn edə bilərsiniz. Bu addımla siz reklamı çox da qabartmayaraq əslində insanlara şüuraltı mesaj vermiş olacaqsınız.
Məsələn, ətrafındakı naqillərlə əlaqələndirilən reklam lövhəsini nümunə göstərmək olar.
Bu reklam löhvəsi olduğu ərazinin sanki bir hissəsiymiş kimi təəssürat yaratmaqla yanaşı, həm də insanların marağına səbəb olmuşdur.
Reklam lövhəniz şəhərdən kənarda da olsa, ətrafındakı obyekt yaxud varlıqlarla onu əlaqələndirmək mümkündür. Bir saç boyası firmasının reklam löhvəsi çay kənarında olsa da, təbiətlə harmoniya yaradaraq marağa səbəb olacaq şəkildə dizayn edilmişdir.
Yaddaqalan olun
Reklam lövhəsi bir hekayə danışmalı və ya hərəkətə keçirici olmalıdır. Reklam lövhəsinin dizaynında yumor, əsəb, empati və digər hisslərin ifadə edilməsi emosional marketinq baxımdan olduqca effektivdir. Məsələn, daha bir neçə yaradıcı reklam lövhəsinə baxaq.
Bu reklam lövhəsində düzgün tənzimlənməyən ara məsafəsinin səbəb olacağı qəza şəriti göstərilmişdir.
Digər reklam isə yapışdırıcı lent reklamıdır. Burada verilən mesaj isə artıq bəllidir.