Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər 8 Saniyədə Auditoriyanın Diqqətini Necə Cəlb Etməli - Effektiv Marketinq Strategiyaları

8 saniyədə auditoriyanın diqqətini necə cəlb etməli - Effektiv marketinq strategiyaları

2019-09-02

İstehlakçıların diqqətlilik müddəti olduqca qısadır və gün keçdikcə bu müddət daha da azalır. Bu səbəbdən onların diqqətini çəkmək hər keçən gün çətinləşir. Buna görə də doğru marketinq planı qurulmalıdır. Bir neçə saniyədə auditoriyanın diqqətini çəkmək üçün qısa, təsirli və eyni anda faydalı marketinq kampaniyası qurmaq lazımdır.

Rəqəmsal marketinq strategiyasını müştərinin diqqətini çəkəcək şəkildə qurmaq çoxlu təcrübə tələb edən məsələdir. 

Bəs belə marketinq kampaniyası üçün nələri etmək lazımdır?

 1. Qısa və dəqiq olun

Sadə və qısa mətnlərdən istifadə etmək lazımdır. Əsas hədəf izləyici üçün faydalı və ya maraqlı bir məzmun yaratmaq olmaalıdır. İzləyici bir cümlə ilə sizin reklamınıza niyə baxmalı olduğunu anlamalıdır. Yazılan mətnlərdə konkretliliyin olması üçün aşağıda qeyd olunanlara diqqət etmək lazımdır:

Rəqibinizdə olan hansısa çatışmazlığı qeyd edin. Hansı ki, bu çatışmazlıq sizin məhsul və ya xidmətinizdə yoxdur;

Effektiv və tək cümlədən ibarət olan müştəri rəyi;

Hədəf kütlənizi hərəkətə keçirən xoş və heyrətləndirən şəkillərdən istifadə edin.

2. İstifadə etdiyiniz sosial media vasitələrini yaxşı tanıyın

Bütün rəqəmsal reklam platformalarının özünə məxsus qaydaları vardır. Bu səbəbdən istifadə edilən sosial  media platformasının qaydalarını yaxşı bilmək və paylaşımlarınızı bu platformanın konseptinə ən uyğun şəkildə planlamaq lazımdır. Məsələn, Twitter-də effektli olan paylaşım başqa sosial media platformasında eyni nəticəni verməyə bilər. İstifadə etdiyiniz platformanın yeniliklərini daim izləyin və ona nəzərən paylaşım planlayın.

Hər platformanın paylaşım standartı olduğu kimi yazı və ya simvollardan istifadə limiti vardır. Marketinq strategiyası qurarkən buna da diqqət edilməlidir.

3. Videoları lazımlı yerdə istifadə edin

Son illərdə videolu paylaşımlar daha da effektli olur. Lakin bu o demək deyil ki, istənilən zaman və istənilən yerdə videodan istifadə uğurlu olacaqdır. Məsələn, bir veb saytın əsas səhifəsində videolu təqdimaatın olması saytın gec yüklənməsinə səbəb olacaqdır. Bu isə həm seo baxımından, həm də istifadəçilərin saytda qalma müddəti baxımından statistik göstəricilərə mənfi təsir göstərir.

Həmçinin belə videolar izləyicini yora bilər. Bir çox insanlar üçün video izləmək bir paraqraf mətn oxumaqdan daha çox yorucu olur. Bu səbəbdən paylaşacağınız videonun izləyiciyə vermək istədiyiniz mesajı təşkil etməsinə diqqət etmək lazımdır. Həmçinin hazırlanan videonun qısa və konkret olması da effektilidir.

4. Məzmunu hissəli şəkildə təqdim edin

Məlumatlandırıcı mətn və ya videonuz uzun, ya da qarışıqdırsa, onu bir neçə hissə olaraq paylaşın. Bununla siz aşağıdakıları əldə edəcəksiniz:

Axtarış nəticələrinə dair göstəricilərə müsbət təsir edər;

Paylaşacağınız mətn və ya videonu hədəf kütlənizin diqqətini çəkəcək şəkildə böləcəksiniz;

Məzmun daha da oxunaqlı olur.