Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər Android Platforması Üçün Yeni Axtarış Sistemi

Android platforması üçün yeni axtarış sistemi

2019-05-22

Android üçün Tor Brauzer

Gizliliyə əsaslanmış axtarış sistemi olan Tor Brauzer artıq Android platfoması üçün də istifadəyə verilib. Layihə rəhbərlərinin açıqlamasında bildirilib ki, brauzerin əsas məqsədi onlayn senzuraların olduğu regionlarda istifadəçilər üçün əlçatımlı olmaqdır.

“Mobil axtarış dünya miqyasında artmaqdadır və bəzi yerlərdə bu, insanların internetə çıxışının yeganə yoludur. Həmin ərazilərdə internet üzərində güclü nəzarət və senzura var. O ərzailərdəki istifadəçilərə əlçatımlı olmaq isə bizim üçün prioritetdir.”  

Proqram kompüterlər üçün də fəaliyyət göstərir. Bildirilib ki, onlardan fərqli olaraq Android versiyasında bir sıra əskikliklər olacaq. Android platforması üçün hazırlanmış Tor Brauzer onlayn gizlilik və sərbəstlik üçün dünyanın ən güclü aləti sayılan “Tor Project” tərəfindən dəstəklənən yeganə axtarış sistemidir. Brauzer daxilində Firefox bazasında quraşdırılmış şəbəkə mövcuddur. Bu server şəbəkəsi ziyarət etdiyiniz veb saytdan onlayn şəxsiyyətinizi (İD) gizlətmək üçün istifadə edilir. Həmçinin Tor Brauzer daxil olduğunuz saytı sizin üçün xüsusiləşdirir və beləcə hansısa reklamlar sizi narahat etmir. Yəni bir növ "adblock" funsksiyasını da yerinə yetirir.

Tor Brauzerin iOS versiyası gözlənilirmi?

Rəsmilərdən gələn açıqlamada bilidirilib ki, Apple şirkətinin qoyduğu məhdudiyyətlərə görə bu axtarış sisteminin iOS platformalı cihazlar üçün versiyası hələki yoxdur. Lakin istifadəçilər Tor əvəzinə “Onion Browser” adlı axtarış sistemini istifadə edə bilərlər. 

Xatırladaq ki, 2018-ci ilin sentyabr ayında Tor layihə komandası tərəfindən test üçün alfa versiyası istifadəyə verilmişdir. Linkə keçid edərək Tor Brauzeri mobil cihazınıza yükləyə bilərsiniz.