Kontent Marketinq potensial müştərilərinizlə ünsiyyət qurmağın rəqəmsal formasıdır. Aqressiv və quru satış edən menecerlər əvəzinə, məhsul və ya xidmətlərinizlə bağlı müxtəlif faydalı materiallar hazırlamaqla müştərilərinizlə ünsiyyət qura bilərsiniz. Materiallar məqalə, məlumat toplusu, mütəxəssis rəyi, video, infoqrafika və s. formada, çatdırılma yolları isə sayt, sosial media, e-mail marketinq, TV, radio, bloq, qapalı qrup və forumlar kimi fərqli platformalar ola bilər.