Menu

AZ EN RU

Sifarişçi tərəf Marcom şirkətinin saytı üzərində E-mail Marketinq Xidməti üzrə müvafiq brif formasını doldurur;

Marcom şirkəti daxil olmuş brif əsasında məlumatların doğruluğunu yoxlayır və təqdim olunmuş məlumatlar əsasında qiymət təklifi hazırlayaraq göndərir;

Təqdim olunmuş qiymət təklifi yazılı şəkildə təsdiqləndikdən sonra Sifarişçi müqavilənin rekvizitlərini (müqaviləni imzalayacaq şəxsin ad və soyadı, şirkətin rəsmi adı, bank hesab məlumatları) Marcom şirkətinə göndərir;

Razılaşdırılmış məbləğin 50%-i hesaba daxil olduqdan sonra göndərilmiş məlumatlar əsasında 1 ədəd toplu mail göndərilməsi üçün konsept hazırlanaraq təsdiq olunması üçün Sifarişçi tərəfə göndərilir;

Dizayn konsepti Sifarişçi tərəfindən təsdiq olunduqdan sonra nəzərdə tutulmuş aylıq və ya illik toplu mail göndərmə dizaynları hazırlanaraq, təsdiq olunması üçün Sifarişçi tərəfə göndərilir;

Sifarişçi tərəfindən bütün dizaynlar təsdiq olunduqdan sonra mail formaları proqramlaşdırılaraq və test olunur;

Sifarişçi tərəfin təqdim etdiyi mail bazası müvafiq prqram təminatına yüklənərək Sifarişçinin əvvəlcədən qeyd etdiyi tarix və saatda göndərilir;

Müştəri razılaşdırılmış məbləğin geri qalan hissəsi hesaba ödənildikdən sonra nəticələrlə bağlı hesabat hazırlanaraq Sifarişçiyə göndərilir.