Menu

AZ EN RU

Marcom şirkəti Sifarişçi tərəfin dolğun şəkildə doldurduğu brif əsasında saytın strukturunu və qiymət təklifini hazırlayaraq baxılması üçün Sifarişçi tərəfə e-poçt vasitəsilə göndərir;

Marcom şirkəti tərəfindən göndərilən saytın strukturu və qiymət təklifi hər hansı bir dəyişiklik və ya əlavələr olmadığı təqdirdə Sifarişçi tərəfindən yazılı şəkildə təsdiqlənir;

Sifarişçi müqavilənin rekvizitlərini (müqaviləni imzalayacaq şəxsin ad və soyadı, şirkətin rəsmi adı, bank hesab məlumatları) Marcom şirkətinə göndərir;

Müqavilə imzalandıqdan və ödənişin 50% hesaba daxil olduqdan sonra Sifarişçi, şirkət loqosunun master faylını, sayta yerləşdiriləcək müvafiq mətnləri və şəkilləri İcraçıya e-poçt vasitəsilə göndərir;

İcraçı təsdiq olunmuş struktur və göndərilmiş məlumatlar əsasında saytın ana səhifənin dizaynının hazırlayaraq təsdiq edilməsi üçün Sifarişçi tərəfə göndərir;

İcraçı təsdiq olunmuş struktur və göndərilmiş məlumatlar əsasında saytın ana səhifənin dizaynının hazırlayaraq təsdiq edilməsi üçün Sifarişçi tərəfə göndərir;

Sifarişçi ana səhifənin dizaynını təsdiq etdikdən sonra daxili səhifələr dizayn olunaraq təsdiq olunması üçün Sifarişçi tərəfə göndərir;

Daxili səhifələrin dizaynı təsdiq olunduqdan sonra İcraçı tərəf frontend (verstka), daha sonra isə proqramlaşdırma işinə başlayır;

Hər iki texniki iş bitdikdən sonra sayt İcraçı tərəfindən test olunur;

Test müddəti bitdikdən sonra Sifarişçi tərəfin təyin etdiyi şəxs və ya şəxslərə admin panelin idarə edilməsi üzrə təlim keçilir;

Razılaşdırılmış məbləğin digər 50%-i ödəndikdən sonra Sifarişçi tərəfin təqdim etdiyi texniki məlumatlar əsasında hazırlanmış sayt müvafiq domainə köçürülür və admin panel məlumatları Sifarişçi tərəfə təqdim olunur;