Müraciətiniz göndərildi Təşəkkür edirik!
Hər hansı bir TV kanalın həftəlik və ya aylıq statistik baxılma göstəricisi nəzərdə tutulur.
Dünya təcrübəsində hər hansı bir TV Kanalın statistik göstəricisi ayrı-ayrı şəxslərin evlərinə quraşdırılmış peoplemeter-lərin hesabladığı nəticələr əsasən hesablanır.
Xronometraj üçün xüsusi bir limit yoxdur. Lakin gündəlik həyatımızda olduqca geniş informasiya axınını nəzərə alsaq, reklam çarxı vasitəsilə qısa vaxt ərzində məhsul (və ya xidmət) haqqında informasiyanın ötürülməsini təmin etmək daha effektiv nəticə verər. Bu baxımdan xronometrajın 20-30 saniyə olması məqsədə uyğundur.
TV Yerləşdirmə zamanı seçilən verilişlərin reytinq göstəricilərindən əlavə həmin verilişin auditoriyasına, yayımlanma vaxtlarına, verilişdə olan digər markaların kateqoriyalarına daha çox diqqət yetirmək lazımdır.
Yerləşdirmənin müddəti müştərinin istəyindən asılı olaraq dəyişə bilər.
Prime Time - 18:00 - 00:00 aralığındakı yerləşdirmə vaxtına, OFF Prime Time - 06:00 - 18:00 aralığındakı yerləşdirmə vaxtına, Gecə OFF Prime Time - 00:00 - 06:00 aralığındakı yerləşdirmə vaxtına deyilir.
Yayım zamanı reklam çarxının efirdəki çıxış sayına deyilir.
Reklam çarxı təyin olunmuş müddət ərzində təsdiq olunmuş media plan əsasında efirdə yayımlandıqdan sonra həmin yerləşdirmənin media plan əsasında nə dərəcədə doğru yayımlandığını göstərən cədvəl formasıdır.