Sifarişçi tərəf Marcom şirkətinin saytı üzərindən SMM Xidməti üzrə müvafiq brif formasını dolğun şəkildə doldurur;
Müraciətiniz göndərildi Təşəkkür edirik!
Sifarişçi tərəf Marcom şirkətinin saytı üzərindən SMM Xidməti üzrə müvafiq brif formasını dolğun şəkildə doldurur;
Marcom şirkəti daxil olmuş brif əsasında məlumatların doğruluğunu yoxlayır və təqdim olunmuş məlumatlar əsasında qiymət təklifi hazırlayaraq Sifarişçiyə göndərir;
Təqdim olunmuş qiymət təklifi yazılı şəkildə təsdiqləndikdən sonra Sifarişçi müqavilənin rekvizitlərini (müqaviləni imzalayacaq şəxsin ad və soyadı, şirkətin rəsmi adı, bank hesab məlumatları) Marcom şirkətinə göndərir;
Müqavilə imzalandıqdan və xidmətin müddətindən asılı olaraq razılaşdırılmış məbləğin bir, üç, altı aylığı hesaba köçürülür;
Ödəniş hesaba daxil olduqdan sonra brif məlumatları əsasında Marcom şirkəti tərəfindən şirkətin fəaliyyət istiqamətinə uyğun SMM konsepti hazırlayaraq, təsdiqlənməsi üçün Sifarişçi tərəfə göndərilir;
Sifarişçi ona təqdim olunmuş SMM konsepti ilə bağlı hər hansı bir dəyişiklik etmək istəmədiyi təqdirdə konsepti yazılı formada təsdiqləyərək Marcom şirkətinə göndərir;
Sifarişçi ona məxsus olan sosial şəbəkələrdə İcraçı tərəfə səhifədə müvafiq işləri icra etməsi üçün texniki icazələr (Adminlik, Editorluq, Moderatorluq) verir;
İcraçı tərəf təsdiq olunmuş konsept əsasında həftəlik və ya aylıq postların hazırlayaraq, təsdiq olunması üçün Sifarişçi tərəfə göndərir;
İcraçı tərəf hər ayın sonu səhifədəki aktivlik ilə bağlı qarşı tərəfə hesabat göndərir.