Menu

AZ EN RU
Əsas Haqqımızda Marcom Haqqında

Haqqımızda

Azərbaycanda marketinq və kommunikasiya sahəsində şirkətlərin tələblərini doğru qarşılamaq və bu sahəyə yeni dəsti-xətt gətirməkdəyik. Marcom Marketinq və Kommunikasiya şirkəti olaraq marketinq dünyasını daha üst səviyyəyə qaldırmaqla yeni qaydalar formalaşdırmaqdayıq. Biz bilirik ki, dünyada fəaliyyət göstərən hər bir şirkətin gəlir əldə etmək kimi yüksək potensialı var. Bunun üçün də həm Azərbaycanda, həm də Gürcüstanda markamızın bazar mövqeyini möhkəmləndirmək və insan kapitalına yatırım etməkdə davam edirik

Xidmətlərimiz

Marcom MMC şirkəti faydalı iş əmsalı əsasında formalaşdırdığı qiymətləri ilə müştərilərə ən faydalı marketinq və kommunikasiya xidmətləri təklif edir. Şirkətimiz, internet səhifəsini yaratmaq və ya təkmilləşdirmək istəyən müştərilər üçün özəl proqramlaşdırma əsasında hazırlanmış geniş funksionallığa malik admin panel təqdim edir. Bundan əlavə müştərilər şirkətimizin qablaşdırma üzrə mütəxəssisinin texniki təcrübəsindən istifadə edərək yeni məhsul qablaşdırma dizaynları sifariş edə bilərlər. Şirkətimizin tanınmış veb və qrafik dizaynerləri isə məhsullara hər kəsin bəyənəcəyi görünüş verməyə qadirdirlər. Təklif etdiyimiz digər xidmətlərlə saytmızda tanış ola bilərsiniz.

Hədəfimiz

Marcom şirkəti olaraq ölkəmizdə marketinq sahəsinə yeni xidmətlər gətirməklə müştərilərin seçim imkanlarını genişləndirmək və bazarda öz imicini formalaşdırmaq istəyən şirkətlərə yardımçı olmaqdır. Bazarın ən güclü insan resurslarını bir araya gətirməklə marketinq və kommunikasiya, o cümlədən PR sahəsindəki üstünlüklərimizlə müştərilərə öz potensiallarını kəşf etməkdə dəstək olmaqdayıq.

Prioritetlərimiz

Marketinq bazarında “Maarifləndir, Müştəri qazan" yanaşması əsas prioritetlərimizdən biridir. Marcom şirkəti maarifləndirmə proqramı çərçivəsində müştərilərinin bu sahədə bilik səviyyələrini üst səviyyəyə çatdırmağa dəstək olmaqdadır.

Maarifləndir ki, müştəri qazanasan.

Media Mərkəzi

Mediada yayımlanan xəbərləri oxumaq üçün Xəbərlər bölməsinə keçid edin.

DİGƏR XƏBƏRLƏR