Müraciətiniz göndərildi Təşəkkür edirik!
Kataloqlar əsasən Landscape (albom formalı), Book (Kitab formalı), Kvadrat formalarında dizayn olunur. Sifarişçinin istəyindən asılı olaraq digər formatlarda hazırlanması da mümkündür.
Kataloqlar səhifə sayından asılı olaraq aşağıdakı qaydalara əsasən cildlənə bilər. 1) Steplerlə cildləmə; 2) Tikiş və Termo kley ilə cildləmə; 3) Spiral ilə cildləmə; 4) Metal bolt ilə cildləmə
Kataloqun hazırlanması müddəti kataloq məlumatlarının həcmindən, təqdim olunmuş məlumatların dəqiqliyindən və dizayn konseptindən asılı olaraq 1 aydan başlayaraq 6 aya kimi müddətdə davam edə bilər.
Kataloqların hazırlanmasında (Seçilmiş hissəli lak, Parıltılı lak, Zərli lak, qum səthli lak, Tvin lak) kimi çap effektlərindən istifadə olunur.
Kataloqların hazırlanmasında sifarişçinin istəyindən asılı olaraq 170 qramlıq kağızdan 350 qrama kimi kağızlardan istifadə olunur. Daha qalın kağızlardan istifadə kataloqun xarakteristikasına uyğun olaraq dəyişə bilər.
Kataloqun çapa hazırlanması Sifarişçi tərəfin əməkdaşlıq etdiyi çap şirkəti tərəfindən həyata keçirilir. Kataloqun dizaynını hazırlayan şirkət kataloqun eksport faylını çap şirkətinə montaj olunması üçün təqdim edir.
Kataloqun çapı zamanı CMYK və Pantone rəng politralarından istifadə olunur.