Menu

AZ EN RU
Əsas Xidmətlər Tibbi Marketinq

Klinikanın
işinin auditi

Klinikaya müştəri gözü ilə baxmağa və “Nəyə görə klinikaya istədiyiniz sayda müştəri gəlmir?” sualına cavab verməyə kömək edirik.

Ətraflı bax

Tibbi
Axtarış Marketinqi

Tibbi SEO və PPC (Pay per click) reklamı vasitəsilə axtarış sistemlərindən müştəri trafikini cəlb edirik.

Ətraflı bax

Klinikanın
reputasiyası

Klinikanın sosial şəbəkə və mediadakı imicinin formalaşdırılması üzrə işlər aparırıq.

Ətraflı bax

Tibbi marketinq digər marketinq xidmətlərindən nə ilə fərqlənir?

Tibbi xidmətlər müştərilər üçün zəruri addımdır

Bir çox insanlar həkimə müraciət etməyi son günə kimi təxirə salır və yalnız kəskin ehtiyacları yarandıqda klinikaya müraciət edirlər. Buna görə də, tibb sahəsində reklamın real effektivliyini qiymətləndirmək çətindir - çünki reklam müraciəti və birbaşa xidmət sifarişinin həyata keçməsi üçün müəyyən zaman tələb olunur.

Həkimlər bütün məsələləri həll edirlər

Tibbi xidmətin keyfiyyəti heyət tərəfindən müəyyən edilir. Klinikada çalışan həkimlərin ixtisaslaşması və nəzakəti, inzibati heyətin xoş rəftarı və gülərüz siması müştərinin diqqət etdiyi və tibb mərkəzi rəhbərinin çalışdığı əsas amillərdən biridir.

Xəstələr səhv etməkdən qorxurlar

Yanlış seçim etmək qorxusu, potensial müştəriləri klinikaya dair məlumatları müxtəlif mənbələrdən daha diqqətlə araşdırmağa vadar edir. Bu isə nəticədə müştərilərin internet üzərindən olan reklamlara qarşı olan həssaslığını azaldır. Belə olan halda insanlar dost, tanış, internet istifadəçilərinin rəylərinə üstünlük verməyə çalışırlar.

Yalnız tibbi marketinq sahəsində müştəri psixologiyası və tibbi xüsusiyyətləri bilən mütəxəssis, bütün bu incəlikləri nəzərə ala və onlardan düzgün istifadə edə bilər.

Niyə məhz bizə?

Digər reklam agentliklərində tapa bilməyəcəyiniz nəyi Sizə verə bilərik?

Tibbi profil

Komandamızda təşviqat üçün sorğuların seçilməsində, sayt üçün mətnlərin yazılmasında iştirak edən tibbi marketinq təcrübəsinə malik mütəxəssislərdən faydalanın.

Hesabat şəffaflığı

Klinika üzrə işlərin gedişatı üzrə tam şəffaflıq yaradırıq. İşin istənilən mərhələsi üzrə sual verə, şərh yaza və düzəlişlər edə bilməyiniz üçün imkan yaradırıq.

Hədəflərə yönəlmişik

Diqqətimizi hər hansı bir reklam xidmətimizin satılmasına deyil, əsas məsələlərin həllinə, yeni müştərilərin cəlb edilməsinə və klinikaların marketinq və imic baxımından inkişaf etdirilməsinə yönəlmişik.

Şəxsi resurslar

Tibb xidmətlərinə artıq maraq göstərən 150.000-dən artıq müştəridən ibarət auditoriyaya çıxış əldə edin və Sizə lazım olan paya sahib olun.

5 ildən artıq təcrübə

Azərbaycan və Gürcüstan bazarında marketinq sahəsi və IT həllər üzrə 5 ildən artıq təcrübəyə arxalanın.

Proaktivlik

Bütün reklam kampaniyalarının analitikasını non-stop rejimində həyata keçirir və ən yaxşı variantları əvvəlcədən təklif edirik.