Müraciətiniz göndərildi Təşəkkür edirik!
SMM Xidməti özündə Facebook, İnstagram, LinkedIN kimi sosial şəbəkələrin və Youtube kimi video platformanın idarəsini özündə birləşdirir. Sifarişçi tərəf qeyd olunanlardan yalnız birini idarəsini də istəyə bilər.
SMM Xidmətinin müddəti Sifarişçi tərəf ilə İcraçı tərəf arasında əvvəlcədən razılaşdırılır. Bu müddət şirkətin fəaliyyət istiqamətindən və səhifənin idarə olunma keyfiyyətindən asılı olaraq 3 aydan başlayaraq razılaşma müddətinin sonunadək davam edə bilər.
Səhifənin idarə edilməsi üzrə konsept sifarişçi tərəfə məxsus olan korporativ səhifə üçün hazırlanmış xüsusi ssenari, fərdi yanaşma formasıdır. Bu konsept tərəflər arasında bağlanmış müqavilə əsasında İcraçı şirkət tərəfindən Sifarişçi tərəfə hazırlanaraq təqdim olunur.
Post planlama həftə ərzində paylaşılacaq postların sayını və tərkibini bildirir. Paylaşılacaq postların dizaynı və mətni İcraçı tərəfindən öncədən hazırlanaraq təsdiq olunması üçün Sifarişçi tərəfə göndərilir.
Araşdırmalar göstərir ki, sosial şəbəkələr üzrə həftəlik paylaşım sayı 3 postdur. Bir çox hallarda həftədə 3-dən çox post paylaşmaq səhifə izləyiciləri tərəfindən xoş qarşılanmaya bilər. Paylaşımların sayının çox olması həmçinin şirkətin fəaliyyət istiqamətindən də asılıdır.
Şərhlərin cavablandırılması hər iki tərəfin əvvəlcədən razılaşması əsasında olur. Şərhlərin cavablandırılması İcraçı şirkət həyata keçirərsə, ilkin mərhələdə bu proses Sifarişçi tərəflə qarşılıqlı razılaşdırılma əsasında həyata keçirilir. Daha sonra suallar bazası formalaşdırlır və cavablar ona müvafiq olaraq verilir.
SMM Xidmətinə görə qiymət şirkətin fəaliyyət istiqamətinə, səhifənin mövcud vəziyyətinə, həftəlik postların sayına, xüsusi konseptin işlənib, işlənməməsinə, şərhlərin cavablandırılıb, cavablandırılmasına, reklamların idarə olunmasına və xidmətin müddətinə görə müəyyən olunur.
Səhifənin rekmalı üzrə ayrılacaq məbləğ şirkətin həyata keçirdiyi kampaniyalar, səhifənin mövcud vəziyyəti, reklam etdiyi məhsula, həmin sektor üzrə rəqabətdən asılı olaraq minimal 80-100 dollardan başlaya bilər.
Səhifə üzrə ödənişli reklamları həyata keçirmək üçün vəsait Sifarişçi tərəfindən təqdim olunur. Sifarişçi tərəf sosial şəbəkələrdə reklam üçün müvafiq plastik kart sifariş edir. Həmin karta nəzərdə tutulan məbləği daxil edərək kart məlumatlarını İcraçı tərəfə ötürür.