Müraciətiniz göndərildi Təşəkkür edirik!
İtirdiklərinizə görə peşman olmamaq üçün qorumaq istədiklərinizə vaxtında və davamlı olaraq diqqət ayırmaq lazımdır. “Toydan sonra nağara” yanaşması hər il şirkətlərə milyonlarla dollara başa gəlir. Burada məsələ təkcə sonradan ödənilən məbləğdən getmir. İtirilmiş məlumatların bərpası üçün xərclənən enerji, insan kapitalı, fiziki və psixoloji sağlamlıq, o cümlədən zaman daha bahadır. Yerli bazarda müştərilər qarşısında etibar itirməmək üçün IT infrastrukturunuzda olan boşluqları penetrasiya testi (penetration testing) xidməti ilə öncədən müəyyən etməyiniz daha məqsədəuyğundur. Zəif nöqtələrinizin güclülər tərəfindən aşkar olunub, sağlam şəkildə aradan qaldırılması, xoşagəlməz hadisələr zamanı çıxılmaz vəziyyətə düşməyinizdən daha yaxşıdır. “Etik xakerlik” ifadəsinin etik hissəsində olan məlumatlarınızı qorumaq üçün Sizə penetrasiya testi (penetration testing) xidmətini təklif edirik.
Biz sistemlərinizi hücumçu nöqteyi-nəzərindən yoxlayır, məlumatların pozulmasına, sistemin dayanmasına və ya maliyyə itkisinə səbəb ola biləcək zəiflikləri müəyyən edirik.
Yanlış konfiqurasiya olunmuş, köhnəlmiş proqram təminatı və şirkətinizin IT infrastrukturunda digər istifadə edilə bilən zəif nöqtələri müəyyən etmək üçün şəbəkənizin müdafiəsini analiz edib, gücləndirə bilərik.
Yığılan saytların kod və inteqrasiya hissəsində sağlam olmayan (SQL injection, cross-site scripting (XSS) və təhlükəsiz olmayan sessiya idarəçiliyi kimi) nöqtələri aşkarlayıb Sizə məlumat verə bilərik.
İstifadəçi məlumatlarını ifşa edə biləcək və ya cihazın təhlükəsizliyinə xələl gətirə biləcək qüsurları aşkar etmək üçün mobil tətbiqlərinizi sınaqdan keçirə bilərik.
Şirkət əməkdaşlarının xoşagəlməz hadisələrlə bağlı həssaslığını qiymətləndirmək və məlumatlılığı artırmaq üçün fişinq və digər sosial mühəndislik hücumlarını simulyasiya edə bilərik.
Düzgün şifrələməni və icazəsiz girişdən qorunmağı təmin etmək üçün wi-fi şəbəkələrinizin təhlükəsizliyinin qiymətləndirilməsi həyata keçirə bilərik
Penetrasiya (Penetration) testerlərimiz kibertəhlükəsizlik üzrə sertifikatlı və müxtəlif sənaye sahələrində zəifliklərin müəyyən edilməsində illərlə təcrübəyə malik mütəxəssislərdir. Hərtərəfli və dəqiq nəticələr vermək üçün ən son alətlər, texnika və metodologiyalardan istifadə edirik.
Biz, hər bir biznesin özünəməxsus ehtiyacları və riskləri olduğunu yaxşı başa düşürük. Testerlərimiz infrastrukturunuzu, tətbiqlərinizi və biznes məqsədlərinizi nəzərə alaraq təşkilatınızın xüsusi tələblərinə uyğunlaşdırılmış formada Sizə xidmət göstərməyə hazırdır.
Təqdim etdiyimiz hesabatlar detallı və şirkətin hər bir əməkdaşına aydın ola biləcək formada hazırlanır. Hər bir aşkar olunmuş texniki boşluğun risk səviyyəsinə əsasən düzəlişləri prioritetləşdirə bilmənizi təmin edən aydın, icra edilə bilən tövsiyələr təqdim edirik.
Bir çox sənaye müəssisələri GDPR, HIPAA, PCI-DSS və ISO 27001 kimi ciddi təhlükəsizlik standartlarına və qaydalarına cavab verilməsini tələb edir. Biz, bu tələblərə uyğunluğu təmin edir, cəzalar və nüfuza ziyan vurma riskini azaldırıq.