Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Marcom Yerli Şirkətin Yeni Qablaşdırma Dizaynlarını Təqdim Etdi

Marcom yerli şirkətin yeni qablaşdırma dizaynlarını təqdim etdi

2020-12-21

Marcom şirkəti yerli bazarda qida və qida xammalları istehsal edən Besting şirkətinin yeni məhsullarının qablaşdırma dizaynını təqdim etdi.

Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev Besting şirkəti ilə olan əməkdaşlığının ilk olmadığını açıqladı.

“Biz çox şadıq ki, Besting şirkəti ilə birgə istehlakçıların sağlam qidalanması üçün fərqli dizayn konsepti formalaşdıra bildik. İnsanların ağız dadını dəyişmək istiqamətində fəaliyyət göstərən Besting şirkəti ilə artıq 2 ilə yaxındır ki, əməkdaşlıq edirik. Tərəfimizdən şirkətə ümumilikdə 3 fərqli dizayn konsepti təqdim olunmuşdur. Şirkət üçün hazırladığımız qablaşdırma dizaynları yerli bazarda mövcud olan digər markaların dizayn konseptindən tamamilə fərqlənir. Şirkət üçün formalaşdırdığımız 23 məhsul çeşidi üzrə qablaşdırma dizaynı gələcəkdə şirkəti xarici bazarlarda belə layiqincə təmsil edəcəyinə inanırıq. Hal-hazırda şirkət məhsullarını istehlakçılara təqdim etmək üçün ölkənin aparıcı market şəbəkələri ilə danışıqlar aparmaqdadır. Müştərilər yaxın zamanda məhsulları bir neçə market şəbəkəsindən əldə edə biləcəklər.”

Qeyd edək ki, pandemiya dövründə şirkətin marketinq audit, autsors (outsource) marketinq, kontent marketinq xidmətlərinə tələb ciddi şəkildə artmışdır. Şirkət hal-hazırda növbəti il üçün təqdim edəcək yeni xidmətlərin üzərində çalışmaqdadır.