Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Marcom Xaliq Faiqoğlu Şirkətinin Saytı Üzrə Işləri Yekunlaşdırdı.

Marcom Xaliq Faiqoğlu şirkətinin saytı üzrə işləri yekunlaşdırdı.

2019-09-02

Azərbaycanda bazar iştirakçılarının maarifləndirilməsi və şəffaflığın təmin olunması istiqamətində çalışan Marcom Marketinq və Kommunikasiya şirkəti, Xaliq Faiqoğlu şirkəti ilə iş birliyinin birinci mərhələsini yekunlaşdırdı. Şirkət, ictimai nəqliyyat sektorunun liderlərindən olan Xaliq Faiqoğlu şirkətinin rəsmi veb platforması üzrə yenilənmə işlərini bitirdi.

Marcom şirkətinin icraçı direktorunun sözlərinə görə veb sayt üzrə işlərin birinci mərhələsi uğurla tamamlanmışdır. “Bu layihə bizim üçün çox önəmlidir. Layihənin icrası zamanı Bakı kart sisteminin təqdim etdiyi məlumatlardan maksimum şəkildə faydalanmağa çalışmışıq. Düzdür, bir çox əlavə üstünlükləri yaratmaq istəsək də, indiki mərhələdə onların reallaşması tərəflərdən asılı olmayan texniki səbəblərə görə həyata keçirmək mümkün olmadı. Lakin yaxın gələcəkdə bu məsələyə bir daha qayıtmağı planlaşdırırıq. Növbəti mərhələdə saytın moneterezasiyası, xarici turistlər üçün faydalı ola biləcək istiqamətləri və SEO Optimizasiya üzrə işlərin görülməsinə start verməyi planlaşdırırıq.

Xaliq Faiqoğlu şirkətinin icraçı direktoru Xaliq Seyidov görülmüş işlərlə bağlı fikir bildirərək söyləmişdir: “Marcom şirkəti olan iş birliyimizi yüksək qiymətləndiririk. Şadam ki, layihənin ərsəyə gəlməsi üzrə işlərdə bizə dəstək olmaqla yanaşı, işin texniki tərəfi ilə bağlı da yardımçı oldular. Bəli, bu bir başlanğıcdır və növbəti mərhələdə biz texniki imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Marcom şirkətinin nəqliyyat sektoru üzrə təqdim etdiyi həll və moneterezasiya yolları bizim üçün çox cəlbedicidir. Biz bu istiqamətdə əməkdaşlığımızı davam etdirməkdə maraqlıyıq.”

Qeyd edək ki, Marcom şirkəti bir müddət əvvəl kiçik və orta biznes sahiblərinin marketinq sahəsində maarifləndirməsi üzrə Konsultasiya xidmətini istifadəyə vermişdir. SAFA Holding şirkətlər qrupuna daxil olan sərnişindaşıma şirkəti olan Xaliq Faiqoğlunun internet resursları daha əvvəl safa.az saytı ilə məhdudlaşırdı.