Şirkətlərə biznes plan, biznes strategiyası, biznes konsultasiyası, investisiyaların idarə olunması, qiymətləndirmə xidmətlərini təqdim edən və sahəsində 5 ildən çox təcrübəsi olan “Onevision Business Solutions” şirkəti “Marcom Marketinq və Kommunikasiyalar” şirkəti ilə strateji tərəfdaş oldu.
Onevision şirkətinin direktoru Cavid Abasovun sözlərinə görə Marcom şirkəti ilə tərəfdaşlıq detallarının müzakirəsi 3 ay davam etdi. “Biz Marcom şirkətinin fəaliyyətini çoxdan izləyirik. Şirkətin bazar iştirakçılarını maarifləndirməsi və eyni zamanda bazarda tam spektr üzrə xidmətlər təklif etməsi bizim diqqətimizi çəkdi. Biz bu sahədə çalışan bir çox şirkət və agentliklərlə görüşdük. Lakin onların məsələyə baxışı, insan resursları və texniki imkanları bizi qane etmədiyi üçün əməkdaşlığımız baş tutmadı. Onevision şirkətinin əsas məqsədi yerli bazar iştirakçılarının biznes imkanlarını genişləndirmək və üzləşdiyi problemlərin aradan qaldırılmasına dəstək göstərməkdir. Bu baxımdan hesab edirəm ki, Macom bizim dəstək olduğumuz şirkətlərə doğru marketinq adddımları atmaqda yardımçı olacaq, onların bazardakı mövqelərini möhkəmləndirəcək.
Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev “Onevision” şirkəti ilə olan əməkdaşlığı yeni bazar iştirakçılarına dəstək kimi dəyərləndirdiyini açıqladı. “Yeni bazar iştirakçılarının inkişafına marketinq dəstəyi göstərmək bizim şirkət üçün prioritet məsələlərdən biridir. Çox şadam ki, yerli bazarda sahibkarlara öz bizneslərini doğru inkişaf etdirməkdə yardımçı olan bir şirkətlə birlikdə eyni missiyanı paylaşacağıq. Marcom şirkəti olaraq daxili resurslarımız hesabına əlimizdən gələn dəstəyi göstərməyə hazırıq.”
Qeyd edək ki, Marcom şirkəti həmçinin bazarda effektiv biznes həlləri təklif edən Cubics Technology şirkətinin də strateji tərəfdaşıdır. Şirkət bazarda Cubics CRM, Brandonline, bot.az kimi məhsulları ilə tanınmaqdadır.