Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Marcom Və Gilan & Knauf Iş Birliyinə Imza Atdi.

Marcom və Gilan & Knauf iş birliyinə imza atdi.

2018-07-07

Belə ki, Knauf Insulation Türkiyə və Gilan & Knauf şirkətləri 03 İyul 2018-ci il tarixində Pullman otelində keçirilən “Mineral Plus - Yeni Nəsil İzolyasiya Materialı” adlı beynəlxalq tədbirin marketinq işlərini Marcom Marketinq və PR şirkətinə həvalə etmişdir. Gilan & Knauf şirkətinin marketinq və PR meneceri Lalə Həsənova bildirmişdir ki, “Biz çox şadıq ki, belə bir tədbirin keçirilməsi Marcom şirkəti tərəfindən qüsursuz həyata keçirilmişdir. Bütün komandaya təşəkkürümü bildirmək istəyirəm ki, təqdim etdiyimiz brifin bütün punktlarını dəqiqliklə və vaxtında həyata keçirməyi bacarıblar.” Marcom Marketinq və Kommunikasiya şirkətinin Satış Departamentinin rəhbəri Taleh Kərimov isə öz növbəsində bu məsələdə komandanın uğuru olduğunu qeyd edib. “Hər zaman çalışmışıq ki, bütün tədbirlərin icrasında dəqiqliyimizi və peşəkarlığımızı nümayiş etdirək. Bu şirkət olaraq bizim əsas prioritetlərimizdən biridir. Doğru təqdim olunmuş brif, düzgün və ürəkaçan nəticə deməkdir.”

Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiya şirkəti Gilan & Knauf şirkəti üçün keçirilmiş tədbirin media, dizayn, digital marketinq işlərində yardımçı olmuşdur.