Azərbaycan və Gürcüstan bazarında fəaliyyət göstərən Marcom Marketinq və Kommunikasiya şirkəti xidmətlərinin sırasına Marketinq Audit xidmətini əlavə etdi. Şirkətin təqdim etdiyi bu xidmət sayəsində fərqli sahələrdə fəaliyyət göstərən şirkətlər onlar üçün görülmüş marketinq işlərinin analiz olunmasını Marcom Marketinq və PR şirkətinə sifariş edə bilərlər.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə bu xidmətin yaranmasına səbəb şirkətin rəqəmsal marketinq xidmətləri çərçivəsində bazara təqdim etdiyi SEO Optimizasiya xidməti olmuşdur. “Biz hər zaman şirkətlərin rəqəmsal dünyada olan mövcud vəziyyətini əlimizdə olan marketinq alətləri ilə analiz etdikdən sonra onların görüşünə gedirik. Bu ilk görüşdə onlara xoş təəssürat bağışlasa da, sonradan sifarişi icra edən şirkətin buraxdığı nöqsanların nəticələrini görüb məyus olurdular. Bazarda rəqəmsal marketinq anlamında yanlış istiqamətdə inkişaf edən şirkətləri görəndən sonra qərara aldıq ki, Marketinq Audit xidmətini yaradaq. Biz inanırıq ki, bu xidmət bazara öz töhfəsini verəcək və inkişaf yolunu seçən şirkətlər öz marketinq işlərini daha peşəkar xidmət göstərən şirkətlərə həvalə edəcəklər.”
Qeyd edək ki, “Maarifləndir ki, müştəri qazanasan” şüarı altında fəaliyyət göstərən Marcom Marketinq və Kommunikasiya şirkəti bu ilin sonuna kimi bazara əlavə marketinq xidmətləri təqdim etmək üzərində çalışır.