Marcom Marketinq və Kommunikasiyalar şirkəti Azərbaycanda bazar iştirakçıları üçün rəqəmsal marketinq xidmətləri çərçivəsində kontent marketinq xidmətini istifadəyə verdi.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev bildirib ki, bu xidmət bazar iştirakçılarına rəqəmsallaşma dövründə daha effektiv fəaliyyət göstərməyə imkan yaradacaq: "Biz bu xidməti şirkətin 2020-ci il strateji inkişaf yol xəritəsinə uyğun olaraq iyun ayında istifadəyə verməyi planlaşdırırdıq. Lakin mövcud vəziyyət şirkətlərin rəqəmsal dünyaya inteqrasiyasını sürətləndirdiyi üçün xidməti qısa müddətə aktiv etməyi qərara aldıq. Bu gün şirkətlərin 70-80%-i rəqəmsal marketinqin imkanlarından geniş şəkildə istifadə edə bilmirlər. Bunun əsas səbəblərindən biri isə şirkətlərin veb platformalarında kifayət qədər faydalı və unikal kontentin (mətnlərin) olmamasıdır. Belə olduğu halda isə şirkətlər marketinq şirkətlərinin onlara təklif etdiyi rəqəmsal xidmətlərdən (SEO Optimizasiya, e-mail marketinq, google reklamları, veb sayt) ciddi şəkildə faydalana bilmirlər. Doğrudur, bu gün bazarda bu xidməti fərdi şəkildə təklif edən məhdud sayda frilans şəxslər olsa da, bu onların şirkətlərlə korporativ əməkdaşlıq etməsinə mane olur".
Ceyhun Fərzəliyevin sözlərinə görə, bu şirkətin 2020-ci il ərzində bazara təqdim etdiyi sayca ikinci xidmətdir: "Biz bundan əvvəl bazara tibb sahəsində fəaliyyət göstərən klinika, dərman və tibbi avadanlıqlar satan şirkətlər üçün ilk dəfə olaraq tibbi marketinq xidmətini istifadəyə verdik. İnsanların onlayn xidmətlərə tələbatının artmasını nəzərə alaraq, bu xidmətin sözügedən fəaliyyət sahələri üçün zərurət olacağını düşünürəm. Hal-hazırda tibbi marketinq xidməti çərçivəsində 2 klinika ilə əməkdaşlığımızı davam etdiririk. Xidmətin cəmi 1 aydır istifadəyə verildiyini nəzərə alsaq, bu, yaxşı göstəricidir".
Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkəti həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının konsultantıdır. Əməkdaşlıq çərçivəsində şirkət kiçik və orta sahibkarlara marketinq xidmətləri üzrə dəstək göstərir.