Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Marcom Şirkəti Mükafata Layiq Görüldü.

Marcom şirkəti mükafata layiq görüldü.

2022-11-17

Marcom marketinq və kommunikasiyalar şirkəti Bakıda keçirilən Baku İnternational CEO Summit 2022 tədbirində mükafata layiq görülüb.

Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə işimizin tədbir təşkilatçısı tərəfindən qiymətləndirilməsi gördüyümüz işə əlavə bir dəyər qatdı.

“Bizim hər hansı bir mükafat gözləntimiz yox idi. Emil bəy tədbirin kreativ tərəfdaşı kimi Marcom şirkətini seçməsinin özü bizim üçün mükafat idi. Biz bir çox şirkətlərin bu tədbirdə mükafat alacağını bilirdik. Lakin onların arasında Marcom şirkətinin adının olacağından xəbərsiz idik. Gördüyümüz işin dəyərləndirilməsi bizim üçün bir stimuldur. Portfoliomuzda belə bir tədbirin yer alması bizim üçün önəmlidir.”

Azərbaycan HR İnstitutunun rəhbəri Emil Hüseynov isə Marcom şirkətinin bu tədbirdə görünən və görünməyən əziyyətinin olduğunu açıqladı.

“Bu kimi tədbirlərdə həm tədbir təşkilatçıları, həm də tədbirə dəstək olanlar bir-birilərini daha yaxından tanımağa imkan tapırlar. Mən tədbirin ön hissəsində olsam da, arxa cəbhədə Marcom şirkətinin digər tərəfdaşlarla necə koordinasiyalı şəkildə işlədiyinin şahidi olurdum. Onlar narahat olduğum nöqtələrdə çeviklik göstərərək məsələləri operativ həll edirdilər ki, bu da tədbirin qüsursuz keçməsinə imkan verirdi. Mən çox şadam ki, Marcom şirkəti tədbirdə kreativ tərəfdaş olmaqla yanaşı, həm də görünməz əl mövqeyində çıxış edirdi. Bu kimi yanaşmalar onu göstərir ki, Marcom şirkəti CEO Summit kimi tədbirlərdə istənilən dəstəyi göstərmək qabiliyyətində və gücündədir. Ona görə də bu mükafat onların çəkdiyi əziyyətin real dəyəridir.”

Qeyd edək ki, Baku İnternational CEO Summit 2022 tədbirinin vizual konsepti ilə yanaşı, Azərbaycan HR İnstitutunun yenilənmiş brendinqi də Marcom şirkəti tərəfindən hazırlanmışdır.