Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Marcom Şirkəti Goha-Nın Korporativ Imicini Təqdim Etdi.

Marcom şirkəti GOHA-nın korporativ imicini təqdim etdi.

2021-05-31

Azərbaycan bazarında şirkətlərə marketinq həlləri təklif edən Marcom şirkəti ölkədə turizm və otelçiliyin inkişafına müsbət rəng qatacaq layihəyə öz dəstəyini verdi.

Global Online Hospitality Academy-nin təsisçisi Nicat Əliyev layihənin yerli turizmin inkişafı üçün böyük töhfə verəcəyini bildirdi.

“Turizm və otelçilik sektorunda potensial kadrların yetişdirilməsini nəzərdə tutan (istiqamətində) layihənin fundamental məsələlərini formalaşdırmaq üzərində bir neçə müddətdir ki,  çalışırdıq. Layihənin korporativ dəsti xəttinin hazırlanmasını isə Marcom şirkəti ilə çalışmaq qərarına gəldik. Şirkət bu layihə üçün 2 fərqli konsept təqdim etdi. Turizm və otelçilik fəaliyyətinin incə və dinamik olduğunu nəzərə alaraq bu versiyanın üzərində qərarlaşdıq. Növbəti mərhələdə Marcom şirkəti ilə layihənin digər marketinq işlərini də görməyi planlaşdırırıq.”

Layihənin həmtəsisçisi Ceyhun Nəsibbəyli isə GOHA layihəsinin yerli turizm və otelçilik sahəsinə yeni rəng qatacağını söylədi:

“Bu kimi layihələr dünyanın müxtəlif ölkələrində də mövcuddur və çox da yaxşı inkişaf edir. Biz bilirik ki, yerli sahibkarlar əməkdaşlarının inkişafı üçün xaricdən müxtəlif kateqoriyalı təlimçilər dəvət edirlər. Bu da onlara maddi baxımından ciddi vəsaitlər hesabına başa gəlir. Bizim formalaşdırmaq istədiyimiz layihə turizm və otelçilik sahəsində fəaliyyət göstərən sahibkarlara eyni keyfiyyəti ölkəmizdə almağa imkan yaradacaq.”

Ceyhun Fərzəliyev təqdim etdikləri brendinq konseptinin bütün kommunikasiya vasitələri üçün uyğun olduğunu vurğuladı.

“Biz hər zaman ölkədə turizm və otelçilik sahəsinin inkişafı üzrə istənilən layihəyə dəstək olmağa hazırıq. GOHA-nın başlatmaq istədiyi layihənin verəcəyi töhfə həm yerli turizm bazarının inkişafına, həm də otellərdəki xidmət keyfiyyətinin yüksəlməsinə təkan verəcək. Hal-hazırda brendinq məsələsi üzrə işlər bitmişdir. Növbəti mərhələdə veb platformanın və kontentinin formalaşdırılması işlərini həyata keçirmək üçün danışıqlar aparırıq.”

Qeyd edək ki, Marcom şirkəti 2016-cı ildə Azərbaycan və Gürcüstan bazarında fəaliyyət göstərir. Şirkət, bu yaxınlarda “Marsol” sahibkarlar klubunun üzvü seçildi.