İcra etdiyi veb layihələri özəl proqramlaşdırma əsasında hazırlayan Marcom Marketinq və Kommunikasiya şirkəti “Hər şey ev üçün” şüarı altında fəaliyyət göstərən “Evimiz” mağazasının saytının yeni versiyasını istifadəyə verdi.
Minimalizm və Responsivlik
Şirkətin istəklərinə və təqdim etdiyi loqo qaydalarına əsasən sayt minimalist üslubda hazırlanmışdır. İstifadəçilərin gözünü yormamaq üçün saytda 2-3 rəng çalarından istifadə olunmuşdur. İnsanların mobil cihazlar vasitəsilə internetə daxil olma sayının hər ötən gün artdığını nəzərə alaraq sayt responsiv olaraq proqramlaşdırılmışdır.
Funksional Admin Panel
Mağazadakı məhsulların fərqli kateqoriya və göstəricilərinin olduğunu nəzərə alaraq saytın admin paneli şirkət üçün tam funksional formada özəl proqramlaşdırılmışdır. Proqramlaşdırma zamanı saytın sürəti, daxil olacaq istifadəçilərin çoxluğu, onlayn ödəniş sistemi ilə bağlı təhlükəsizlik məsələləri tam nəzərə alınmışdır. Sifarişçi tərəfin 95% hallarda Marcom şirkətinə müraciət etmədən belə saytda istənilən redaktələri həyata keçirə bilməsi üçün texniki imkanlar yaradılmışdır. Şirkət tərəfindən saytı idarə edəcək əməkdaşların hər biri üçün ayrı texniki səlahiyyətlər verilmiş, loqlaşma sistemi quraşdırılmışdır.
SEO Optimizasiya
Marcom şirkəti Sifarişçinin ilkin SEO Optimizasiya işlərini apara bilməsi üçün admin paneldə Meta Title, Meta Description, Açar sözləri üçün hər yaradılacaq səhifədə müvafiq bölmələr ayırmışdır. Bundan əlavə müştərinin saytın Google Analytics göstəricilərini birbaşa izləyə bilməsi admin panelə inteqrasiya olunmuşdur.
İnteqrasiyalar
Sifarişçinin istəyi ilə texniki tapşırıq sənədi əsasında Marcom şirkəti tərəfindən sayta onlayn ödəniş, səbət sistemi və şəxsi kabinet inteqrasiya olunmuşdur. Bundan əlavə, sifarişçinin istəyinə əsasən saytda alış-veriş ilə anbarın sinxronlaşdırılması işi də həyata keçirilmişdir. Gələcəkdə daxili kredit və kreditin onlayn ödənilməsi, o cümlədən bonus sisteminin inteqrasiyası da nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiya şirkəti Azərbaycan və Gürcüstanda 28 marketinq xidməti üzrə fəaliyyət göstərir. Şirkət növbəti il ərzində daha 3 xidmət və böyük bir platforma bazara təqdim etməyi planlaşdırır.