Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Marcom Şirkəti “Bank Ombudsmanı” Rəsmi Loqosunu Təqdim Etdi.

Marcom şirkəti “Bank Ombudsmanı” rəsmi loqosunu təqdim etdi.

2017-06-12

Qısa müddət ərzində marketinq və PR sektorunda öz mövqeyini möhkəmləndirməyə nail olan Marcom şirkəti bu dəfə də yaxın zamanda fəaliyyətə başlayacaq Bank Ombudsmanlığı üçün loqo hazırladı.

Loqo “Alfabetik” üslubda yığılmışdır. Loqonun hazırlanmasında hər iki söz birləşməsinin baş hərflərindən istifadə olunmuşdur.

Marcom şirkətinin satış departamentinin rəhbəri Taleh Kərimov-un sözlərinə görə Azərbaycan Banklar Assosiasiyasının (ABA) bu mövzuda bizə etibar etməsini Marcom şirkətinin peşəkarlığına verilən dəyər və etimaddır. Biz də çalışdıq bu etimadı doğruldaraq ortaya layiqli iş çıxardaq. Şirkətimiz tərəfindən ABA-ya 3 loqo konsepti təqdim olundu və onların arasından bu loqonun üzərində qərarlaşdıq. Yeni loqo yaxın zamanda fəaliyyətə başlayacaq quruma aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaqdır.

Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkəti yaxın zamanlarda Bank Ombudsmanın yeni rəsmi saytını da istifadəyə verməyi planlaşdırır.