Müştərilərinin istəklərinə hər zaman individual yanaşan Marcom Marketinq və Kommunikasiyalar şirkəti bu dəfə PSG-Kapital İnvestisiya şirkətinə dəstək oldu. Marcom şirkəti, qarşı tərəfin təqdim etdiyi brif əsasında yeni veb sayt hazırladı.
Korporativ rəng və responsivlik
Saytın hazırlanmasında şirkət loqosunun rəng çalarlarından istifadə edilmişdir. Saytın digər mobil cihazlarda rahat açılması üçün müvafiq front-end və back-end işləri aparılmışdır.
Fərdi proqramlaşdırma və funksionallıq
Sifariş əsasında hazırlanan saytın səhifələrinin 75%-i redaktə oluna bilinəndir. Sifarişçi ona Azərbaycan dilində təqdim olunmuş admin panel vasitəsilə saytda istənilən dəyişikliyi edə bilər. Bu dəyişikliklər sırasına, saytın google SEO sistemi (Meta Title, Meta Description, Açar Sözlər), qrafiklər üzrə məlumatların daxil edilməsi və ya dəyişdirilməsi, yeni səhifələrin yaradılması və s. kimi geniş imkanlar yaradılmışdır. Bundan əlavə saytın bütün mətnləri hər 2 dil üçün lüğət sisteminə qoşulmuşdur.
Loqlaşma sistemi və Səlahiyyətlər
Sifarişçi üçün saytı idarə edəcək bir admin və iki redaktor funksiyası yaradılmış və hər birinə fərqli texniki imkanlar verilmişdir. Loqlaşma sistemi vasitəsilə admin hansı məlumatın nə zaman və kim tərəfindən silindiyini, o cümlədən dəyişdirildiyini görə biləcəkdir. Bütün dəyişikliklər sayta quraşdırılmış sitemap.xml faylı sayəsində google axtarış sisteminə indekslənməsi üçün avtomatik olaraq göndəriləcəkdir.
Təhlükəsizlik və Sürət
Təqdim olunmuş sayt SSL təhlükəsizlik sisteminə qoşulmuşdur. SPAM-ların qarşısının alınması üçün saytda olan bütün inputlar xüsusi olaraq işlənilmişdir. Saytın google Page Speed İnsight proqramının nəticələrinə gəlincə isə mobil cihazlarda saytın sürəti 100-dən 68, masaüstü kompüterlərdə isə 100-dən 89-dur.
Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkəti bazarda iki ilə yaxındır fəaliyyət göstərməyinə baxmayaraq, şirkət xidmətlərinin 80%-ni “IN-HOUSE” (öz daxili komandası hesabına) həyata keçirir.