Kiçik və orta sahibkarlığa verdiyi marketinq dəstəyi ilə seçilən Marcom Marketinq və Kommunikasiyalar şirkəti Polimer Sənaye Parkının yeni korporativ dəsti xəttini formalaşdırdı.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə loqo “Alfabetik” üslubda yığılmışdır. Loqonun hazırlanmasında şirkət adının baş hərfləri daha müasir və fərqli formada təqdim olunmuşdur. “Polimer Sənaye Parkı tərəfindən qarşımıza qoyulan məqsəd şirkətin loqosunda əks olunan PSP hərflərinə yeni nəfəs gətirmək idi. Biz də şirkət olaraq çalışdıq ki, təqdim etdiyimiz loqo nümunəsində şirkətin əsas fəaliyyət istiqaməti olan polimerin elasitkliyini və şirkətin istehsal etdiyi məhsulların keyfiyyətini daha qabarıq şəkildə loqo da əks etdirək. Şirkətimiz tərəfindən Polimer Sənaye Parkına 3 loqo konsepti təqdim olunmuşdur və onlar arasından bu loqo daha çox bəyənildi. Hal-hazırda yeni loqo şirkətə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunması üzrə işlər gedir.”
Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkəti hal-hazırda Polimer Sənaye Parkının yeni saytı üzərində işlər aparır. Saytın yaxın zamanlarda istifadəyə veriləcəyi gözlənilir.