Marcom Marketinq və Kommunikasiyalar şirkəti MKT İstehsalat Kommersiya MMC üçün hazırladığı tanıtım video çarxını təqdim etdi.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev təqdim olunmuş tanıtım çarxı ilə bağlı məlumat verərək bildirdi ki, video çəkilişlər bir neçə məkanlarda baş tutub. “Tanıtım çarxının çəkilişləri 4 ay ərzində Bakı şəhəri, Şirvan, Ağcabədi, Yevlax və İmişli rayonlarında aparılmışdır. Sifarişçi tərəfindən qarşımıza qoyulan məqsəd şirkətin gördüyü işi, əhatə etdiyi əraziləri, texniki imkanlarını, yığım və istehsal prosesini əks etdirmək idi ki, biz də bunun öhdəsindən layiqincə gəlmiş olduq. Şirkətin gələcək dizayn işlərində istifadəsi üçün çəkilişlərə foto işləri daxil edilmişdir.”
MKT İstehsalat Kommersiya MMC şirkətinin İdarə Heyətinin sədri Rövşən Həsənov görülmüş işlərlə bağlı fikir bildirərək söyləmişdir: “Marcom şirkəti ilə olan iş birliyimizi yüksək qiymətləndiririk. Şadam ki, video çəkiliş işlərində bizə dəstək olmaqla yanaşı, çəkilişin daha keyfiyyətli olması üçün bizim əməkdaşlara da müvafiq istiqamətlər verməkdə yardımçı oldular. Hal-hazırda Marcom şirkəti ilə əməkdaşlığımızın yeni istiqamətlərini müzakirə edirik.”
Qeyd edək ki, Azərbaycan və Gürcüstan bazarında müştərilərinə 28 marketinq xidməti təklif edən Marcom şirkəti yaxın günlərdə şirkətin veb platformasını da təqdim edəcək.