Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Marcom İt Şirkəti Ilə Güclərini Birləşdirir

Marcom İT şirkəti ilə güclərini birləşdirir

2020-09-28

Azərbaycanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Crocusoft şirkəti ilə Marcom marketinq kommunikasiyaları şirkəti birgə işləmələri ilə bağlı razılığa gəliblər.

Crocusoft şirkətinin direktoru Rüfət Babakişiyev iki şirkət arasında olan münasibətlərin bir çox layihələrdə müsbət nəticə verəcəyini açıqlayıb.

“Marcom Marketinq və Kommunikasiyalar şirkətinin fəaliyyəti, bazardakı sahibkarların maarifləndirilməsi istiqamətində atdıqları addımlar hər zaman diqqətimizi çəkib. Fərqli sahələr üzrə fəaliyyət göstərməyimizə baxmayaraq eyni missiyanı paylaşdığımız üçün bu əməkdaşlığın həm bazar iştirakçıları, həm də tərəflər üçün müsbət nəticə verəcəyinə inanıram. Biz hər zaman öz üzərində dayanmadan çalışan və yeniliklər edən bir şirkətlə çalışmaqda maraqlı olmuşuq. Marcom şirkətinin bazar iştirakçıları üçün yaratdığı və təklif etdiyi xidmətlər bizim müştərilərin axtardığı standartlara cavab verir. Crocusoft şirkəti olaraq rahatlıqla öz müştərilərimizə həmin xidmətləri təklif edə bilərik. Bu əməkdaşlığın nəticəsi birlikdə icra edəcəyimiz layihələrin daha da keyfiyyətli olmasını təmin edəcək.”

Marcom Marketinq və Kommunikasiyalar şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev bu əməkdaşlığın yeni bir başlanğıc olduğunu söyləyib.

“Biz Crocusoft şirkətinin dövlət qurumları və digər bazar iştirakçıları üçün gördüyü işləri yaxından izləyirik. Şirkətin hazırladığı bir çox texnoloji həllər həm müştərilərin, həm də marketinq şirkətlərinin işinin asanlaşdırılmasına və avtomatlaşdırılmasına xidmət edir. Biz bu addımları yüksək qiymətləndiririk. Əməkdaşlığımızın hər iki tərəf üçün yeni imkanlar yaradacığına inanıram. Marcom şirkəti olaraq birlikdə icra edəcəyimiz bütün layihələrdə əlimizdə olan resursları işin keyfiyyətli alınması üçün səfərbər etməyə hazırıq.”

Qeyd edək ki, tərəflər icra olunacaq layihələr çərçivəsində bir-birilərinə proqramlaşdırma, brendinq, veb və mobil tətbiqlərin hazırlanması, Google SEO Optimizasiya, e-mail marketinq, kontent marketinq, qrafik dizayn, autsors marketinq xidmətləri üzrə dəstəyi göstərəcəklər.