2020-ci ilin strateji inkişaf yol xəritəsi çərçivəsində tibbi marketinq xidmətini istifadəyə verən Marcom Marketinq və Kommunikasiyalar şirkəti, Avropa İnkişaf və Yenidənqurma bankının konsultantı seçildi.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev bu uğurun həm Marcom şirkətinin, həm də bizdən dəstək almaq istəyən digər bazar iştirakçılarının inkişafı üçün önəmli olacağını söylədi. “Bir çox bazar iştirakçıları marketinq xidmətləri üzrə bizə müraciət etsələr də, təklif etdiyimiz bir çox xidmətlərin dəyəri həmin şirkətlərin büdcələrinə uyğun olmadığı üçün əməkdaşlığımız alınmırdı. AYİB-nın marketinq məsələləri üzrə məsləhətçisi olmağımız artıq həmin şirkətlərlə əməkdaşlığımıza yenidən baxmağa imkan yaradacaq. Belə ki, Marcom şirkətinin təqdim etdiyi xidmətlərdən faydalanmaq istəyən şirkətlər Avropa İnkişaf və Yenidənqurma Bankının həyata keçirdiyi kiçik və orta sahibkarlığa dəstək proqramı çərçivəsində bizimlə əməkdaşlıq edə biləcəklər. Biz hal-hazırda müştəri bazamızda olan müştərilərə bu barədə ətraflı məlumat vermək üzərində çalışırıq. AYİB-nın həyata keçirdiyi proqram çərçivəsində tələblərə cavab verən şirkətlərə yenidən müraciət edərək bu imkandan faydalanmağı təklif edirik.
Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkəti bu il həmçinin Onevision Business Solution şirkətinin strateji tərəfdaşı oldu. Hər iki şirkət yeni bazar iştirakçılarının inkişafına marketinq dəstəyi göstəririr, sahibkarlara öz bizneslərini doğru inkişaf etdirməkdə yardımçı olurlar.