Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Marcom Ataa-Nın Yeni Saytını Istifadəyə Verdi

Marcom ATAA-nın yeni saytını istifadəyə verdi

2020-09-02

Azərbaycanda turizm sahəsinin marketinqini hər zaman diqqətdə saxlayan Marcom Marketinq və Kommunikasiyalar şirkəti ATAA-nın yenilənmiş veb saytını təqdim etdi.

Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yeni veb saytı bu günün google tələblərinə uyğun yığılmışdır.

“ATAA-nın saytına yeni nəfəs vermək istiqamətində payımızın olması bizim üçün sevindiricidir. Marcom şirkəti olaraq ölkə turizimində baş verənləri daima diqqət mərkəzində saxlayır, sahənin marketinqinin inkişafına öz töhfələrimizi vermişik. Saytın bütün cihazlarda normal şəkildə açılması üçün adaptivliyi təmin etmişik. Saytın texniki parametrlərinə gəldikdə isə burada sifarişçi tərəf üçün geniş texniki imkanlar formalaşdırmışıq. Müştəriyə təqdim etdiyimiz admin panel özündə 85% funksionallığı əks etdirir. Əvvəlki saytda olan UX/UI problemləri yeni saytda tamamilə aradan qaldırılmışdır. Təqdim etdiyimiz veb platforma google SEO Optimizasiya işlərinin görülməsi üçün tam hazır vəziyyətə gətirilmişdir.”

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev də veb sayt üzrə görülmüş işlərlə bağlı fikir bildirərək saytın onların cari tələblərini ödədiklərini açıqlayıb.

“Marcom şirkəti olan iş birliyimizi yüksək qiymətləndiririk. Şadam ki, müasir tələblərə cavab verən veb layihənin ərsəyə gəlməsi üzrə işlərdə bizə dəstək olmaqla yanaşı, işin texniki tərəfi ilə bağlı da yardımçı oldular. Bu gün rəqəmsal dünyaya keçidin sürətləndiyi bir dövrdə ATAA-nın veb saytının müasir standartlara cavab verməsi, istifadəçilər üçün əlçatan olması önəmli məsələdir. Biz gələcəkdə rəqəmsal marketinq istiqamətində olan əməkdaşlığımızı davam etdirməkdə maraqlıyıq.”

Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkətinin krizis kommunikasiya planı çərçivəsində bazar iştirakçılarına təqdim etdikləri Autsors (Outsource) marketinq, kontent marketinq, marketinq audit xidmətlərinə tələb artmışdır.