Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Aqrokimya Azerbaijan Mmc Üçün Məhsul Qablaşdırması Dizayn Etdi.

Aqrokimya Azerbaijan MMC üçün məhsul qablaşdırması dizayn etdi.

2017-07-17

Geniş tərkibli komandası ilə mövcud və yeni müştərilərinə ən doğru həll yollarını təqdim edən Marcom şirkəti bu dəfə yeni yaradılan “Aqrokimya Azərbaycan” MMC şirkətinə dəstək oldu. Azərbaycanda ilk dəfə bitkilərin mühafizəsi üzrə məhsulların istehsalını və satışını həyata keçirəcək “Aqrokimya Azərbaycan” MMC şirkəti öz məhsullarının qablaşdırma dizaynlarını Marcom Marketinq və PR şirkətinə həvalə etdi.         

Dizayn zamanı müştərinin vaxt itirmədən məhsul haqqında məlumatlarla yaxından tanış olması üçün məlumatlar qablaşdırılmanın üzərinə yerləşdirilmişdir. Qablaşdırmaların rəngləri dərmanların növlərinə görə qruplaşdırılmışdır. Məhsulun bazarda olan digər məhsulların arasında fərqlənməsi üçün qablaşdırılmanın arxa fonuna aidiyyatı üzrə ağac kompozisiyaları əlavə edilmişdir.

Qeyd edək ki, yaxın zamanlarda fəaliyyət göstərəcək “Aqrokimya Azərbaycan MMC” şirkətinin loqosu və brendbuku da Marcom Marketinq və PR şirkəti tərəfindən hazırlanmışdır. Şirkət yaxın zamanlarda Aqrokimya Azərbaycan şirkətinin yeni saytını da istifadəyə verəcək.