Qablaşdırma – marka ilə müştəri arasında əsas kommunikasiya vasitəsi hesab olunur. Qablaşdırmanın forması və ya etiketin göz oxşayan dizaynı satışa birbaşa olaraq təsir etmə gücünə malikdir. Müştəri 5 saniyə ərzində qablaşdırmaya baxaraq məhsulun keyfiyyəti, xarakteristikası, ona olan etibarı ilə bağlı təsəvvürlərini formalaşdırır. Belə bir rəqabətli bir mühitdə markanın gözə çarpması isə mütləqdir.