Brendbook (brandbook) – şirkət haqqında olan bütün vizual məlumatları özündə əks etdirən strateji sənəddir. Bu sənəd özündə şirkətin fəlsəfəsini, keçdiyi yolu və bazarda olan strateji mövqeyini birləşdirir. Brendbukun hazırlanması şirkətə özü haqqında olan məlumatların strukturlaşdırmasını və sistemləşdirməsini vizual olaraq vahid xətt üzrə qurmağa imkan yaradır. Bundan əlavə hazırlanmış brendbuk şirkətin bütün kommunikasiya vasitələrində öz bütövlüyünü ortaya qoymağa kömək edir.