Müraciətiniz göndərildi Təşəkkür edirik!
Azərbaycanda yayım hüququ olan radio kanalların TV-də olduğu kimi hər hansı bir xüsusi formada reytinqi təyin olunmur. Yalnız müəyyən sorğular əsasında formalaşan statistik göstəricilər vardır. Bu göstəricilər isə olduqca nisbidir.
Xronometraj üçün xüsusi bir limit yoxdur. Lakin gündəlik həyatımızda olduqca geniş informasiya axınını, həmçinin radioda vizualın olmaması, sadəcə eşitməklə informasiyanın qəbul olunduğunu nəzərə alsaq, audio reklam çarxı vasitəsilə qısa vaxt ərzində məhsul (və ya xidmət) haqqında informasiyanın ötürülməsini təmin etmək daha effektiv nəticə verər. Bu baxımdan audio çarxın xronometrajının 20-30 saniyədən çox olmaması tövsiyyə olunur.
Radio Yerləşdirmə zamanı daha çox diqqət edilən məqam tıxac vaxtlarında audio çarxın yayımlanmasıdır. Bu saatlar 08:00 - 10:00, 13:00 - 15:00, 17:00 - 20:00 aralıqlarındadır. Amma efirdə gedən radio verilişin formatını, aparıcının verilişə olan yanaşmasını, dinləyən auditoriyanın hədəf kütləsini də nəzərə almaq lazımdır.
Yerləşdirmənin tövsiyyə olunan minimal müddəti 5 saniyədən az olmamalıdır.
Prime Time, OFF Prime Time və Gecə OFF Prime Time vaxtları TV-dən fərqlidir. Belə ki, Radioda Prime Time 08:00 - 10:00, 13:00 - 15:00, 17:00 - 20:00 aralıqlarına təsadüf edir. OFF Prime Time - 07:00 - 08:00, 11:00 - 13:00, 15:00 - 17:00, 20:00 - 00:00 aralığındakı yerləşdirmə vaxtina, Gecə OFF Prime Time - 00:00 - 06:00 aralığındakı yerləşdirmə vaxtina deyilir.
Radioda Yayım zamanı reklam çarxının efirdəki çıxış sayına deyilir.
Audio Reklam çarxı təyin olunmuş müddət ərzində təsdiq olunmuş media plan əsasında Radio efirində yayımlandıqdan sonra həmin yerləşdirmənin media plan əsasında nə dərəcədə doğru yayımlandığını göstərən cədvəldir.
Radioda yerləşdirmə üçün nəzərdə tutulan format radio kanalından asılı olaraq mp3 və wav formatlarında ola bilər.