Menu

AZ EN RU

Saytın tam şəkildə hazır olması nə qədər zaman alır?

Minimal funksionallıqlarla təchiz olunmuş saytın özəl proqramlaşdırma yolu ilə tam şəkildə hazırlanması müddəti 38 - 44 iş günüdür.

Saytın frontend (verstka) olunması nə deməkdir?

Saytın frontend tərəfinin işlənilməsi sifariş olunan saytın hərəkətli halının hazırlanmasıdır.

Saytın hazırlanması hansı prosedurlardan keçir?

Saytın hazırlanması Dizayn, Frontend (Verstka), Proqramlaşdırma, Test olunma, saytın doldurulması, Google SEO tərəfinə aid olan Meta Title, Meta Description, Açar sözlərin yazılması mərhələlərini əhatə edir.

Saytın qiyməti necə formalaşır?

Saytın qiyməti statik və dinamik səhifələrin sayı, o cümlədən saytda olacaq funksionallıqlar əsasında formalaşır.

Marcom şirkəti Sifarişçi tərəfə hostinq xidmətini göstərirmi?

Marcom şirkəti hostinqlə bağlı yarana biləcək riskləri və təhlükələri nəzərə alaraq hostinq xidmətini müştərilərinə təklif etmir.

Saytın hazırlanması üzrə Texniki tapşırıq nədir?

Saytın texniki tapşırığı saytın texniki tələblərini özündə əks etdirən sifarişçi və İcraçı tərəfindən təsdiqlənən sənəd formasıdır. Texniki tapşırıq Sifarişçi tərəfindən hazırlanaraq icra etməsi üçün Marcom şirkətinə təqdim edir.

Sayt sifarişi verilərkən saytın strukturu kim tərəfindən hazırlanmaldır?

Saytın strukturu excel faylında Sifarişçi tərəfindən hazırlanaraq Marcom şirkətinə təqdim olunur. Öncədən razılaşdırılma əsasında saytın strukturu Marcom şirkəti tərəfindən də hazırlanaraq Sifarişçi tərəfə təqdim oluna bilər.

Sayt üzrə məlumatlar (mətn və şəkillər) İcraçı tərəfə hansı formada göndərilməlidir?

Sifarişçi tərəf Marcom şirkətinə sayt üzrə mətn və şəkilləri hər bir bölmənin məlumatları ayrı-ayrı qovluqlarda təhvil verməlidir. Məsələn: Haqqımızda bölməsində yerləşdirilməsi nəzərdə tutulan mətnlər Word (.doc) faylında 3 dildə tərcüməsi olmaqla əlavə edilməli və şəkillərlə birlikdə ZIP edilərək göndərilməlidir.

Nəyə görə saytda yer alacaq mətn və şəkillər Marcom şirkətinə öncədən təqdim olunmalıdır?

Mətnlər saytın daxili səhifələrinin dizaynı haqqında təsəvvürün formalaşması üçün Marcom şirkətinə öncədən təqdim olunması məqsədə uyğun hesab olunur.