Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Uğurlu Kontent Marketinq Planı Necə Olmalıdır?

Uğurlu kontent marketinq planı necə olmalıdır?

2020-01-13

İstifadəçini anlayın

Hədəf kütlənizin kim olduğunu anlamaq və hədəf kütləsinin maraq dairəsində olan kontent yazmaq çox vacibdir. Məsələn, ümumi olaraq hansı problemlə üzləşirlər, axtardıqları məlumatı tapmaq üçün əsasən hansı açar sözlərlə axtarış edirlər və sair. Hədəf kütlənizin demoqrafiyası ilə bağlı nə qədər çox məlumatlı olsanız kontentiniz bir o qədər də uğurlu, oxunaqlı olacaq.

Bir problemi həll edin

Təqdim etdiyiniz kontent izləyicinin probleminə, axtardığı suala cavab olmalıdı. Verdiyiniz hər faydalı məlumat mütləq şəkildə ödənişli olacaq deyə bir qayda yoxdur. Qarşılıq tələb etmədən faydalı məlumatları bölüşmək istifadəçilərin rəğbətini əldə etməyinizə səbəb olacaq.

Məsələn, saytınız xarici dil kursları ilə bağlıdırsa, ara-sıra xarici dil öyrənməyin asan yolları ilə bağlı yazılar paylaşa bilərsiniz. Məqsədyönlü tövsiyə məzmun marketinqi strategiyası üçün həmişə uğurlu hesab edilib.

Axtarış sistemləri üçün optimizasiya edin

Qüsursuz kontent tərtib etmisiniz, amma onun daha da uğurlu olması üçün axtarış motorları üçün optimizasiya etmək lazımdır.

Kontenti axtarış motorları üçün optimizasiya etmək dedikdə SEO optimizasiya qaydalarına əməl etmək, əlaqəli açar sözlər yazmaq, meta title və kontentin içində istifadəçini saytın digər səhifələrinə yönləndirən linklərin olması nəzərdə tutulur.

Kontentdən təkrar istifadə edin

Yazılan kontentin hansısa hissəsini daha sonra təkrar istifadə eləmək oxunaqlılığı artırır. Məsələn, mail yazarkən və ya sosial media postlarında kontentin bir hissəsindən istifadə etmək olar. Bu, tərtib edilən kontentdən maksimum yararlanmağa səbəb olur. Həmçinin kontenti tam oxumaq istəyən oxucular üçün yazının yerləşdirildiyi linki də paylaşımda qeyd edə bilərsiniz.

Faydalı: Yaxşı kontent yazarı olmaq üçün bunları bilmək lazımdır!

Nəticə

Uğurlu kontent marketinq strategiyası üçün qeyd olunanlar markanın tanınmasına, daha çox trafik gəlməsinə səbəb olan faktorlardandır. Kontent marketinq strategiyanızın qoyulan hədəfə çatması markanın uğurlu olması üçün önəmlidir.