Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Sitemap Hər Bir Sayt Üçün Vacibdirmi?

Sitemap hər bir sayt üçün vacibdirmi?

2020-03-06

Sitemap Nədir

SEO optimizasiya fəaliyyətlərində sitemap (sayt xəritəsi) xüsusi önəmi olduğunu bilirik.

Sitemap axtarış sistemi robotları üçün veb saytların məzmunun daha yaxşı başa düşülməsi üçün hazırlanan xml formatlı bir fayl növüdür. Hər hansı tanımadığınız bir yerə getdikdə yolu soruşduğunuz kimi, botlar da daha öncə qaşrılaşmadıqları veb sayta gəldikdə yol göstəriciyə ehtiyac duyur. Əsasən sitemap vasitəsi ilə məzmunu başa düşür və uyğun kateqoriyalar içərisində dəyərləndirir.

SEO xdməti yaxud SEO analiz zamanı sitemap yoxdursa, bu xüsusi vurğulanır və yaradılmasını məsləhət görülür. Ancaq bu yaxınlarda bunun hər bir veb sayt üçün vacib olmadığı açıqlandı.

Google-dan Daniel Waisberg bütün veb saytların sitemap barədə maraqlanmasının vacib olmadığını dilə gətirdi.

Google sitemap olmayan veb saytları kəşf edə (index) bilərmi?

Ümumi olaraq, saytın həcmi kiçikdirsə və səhifələr bir birinə düzgün şəkildə keçid verirsə, Google məzmunu rahat şəkildə indexləyə biləcək.

Waisberg sayt xəritəsinin hansı kateqoriya saytlar üçün bunun vacib olduğunu da əlavə edir:

1. Əgər veb saytınızın həcmi böyükdürsə (e-commerce, çoxlu səhifələri olan bir bloq, elan saytı və s.)
2. Veb saytınız çox yenidir və tez-tez dəyişirsə. Yəni davamlı olaraq məzmun əlavəsi, məhsul əlavəsi və yeni kateqoriyalar əlavə edilirsə, Google bunların hamısını kəşf etmək üçün yol göstəriciyə (sayt xəritəsinə) ehtiyac duya bilər.

Sayt xəritəsi vasitəsi ilə ilk əvvəl hansı URL indexləməyi yaxud hansılarının daha vacib olduğunu qeyd etmək də mümkündür. Əlavə olaraq Google sayt xəritəsində yer alan hər linki indexləyəcəyinə zəmanət vermir. Yaxud tərsinə, url sayt xəritəsinə əlavə etməmək onun indexlənməyəcəyi mənasına da gəlmir.

Ancaq sayt xəritəsi, veb sayt haqqında texniki məlumatların Search Console-da izlənəbilməsi baxımından üstünlük verir. Search Console hesabına əlavə edilən sitemap vasitəsi ilə müxtəlif ölkələrə görə hədəfləmədə olan problemlər, indexlənəbilməyən url baxa bilmək kimi problemləri yaxud url silmək və s. müxtəlif imkanları da yaradır.

Sayt Xəritəsi Yaratmaq

Google sayt xəritəsi yaradılmasında əsasən avtomatik yaradılan sitemap-ləri məsləhət görür. Bunun üçün Wordpress-də pluginlər mövcuddur. Ancaq wordpress olmayan saytlar üçün google-da “xml sitemap creator” yazaraq pulsuz şəkildə yararlana biləcəyiniz saytlar tapmaq mümkündür.

Sitemap yaradarkən diqqətli olun. Veb saytınız çox böyük olarsa, birdən çox sitemap yaratmaq lazım ola bilər. Sitemap haqqında daha ətraflı məlumat üçün videonu izləməyinizi tövsiyə edirik: