Menu

AZ EN RU
Əsas Xəbərlər Marcom Xəbərləri Atena Şirkətinin Yeni Görkəmi Təqdim Olundu.

ATENA şirkətinin yeni görkəmi təqdim olundu.

2018-03-19

Fərqli və adaptiv dizayn

Marcom şirkətinə verilmiş brif və məlumatlar əsasında qida sektoruna uyğun özəl bir dizayn formalaşdırılmışdır. Saytın ana səhifəsində birinci və ikinci dərəcli məlumatlardan ibarət ikili menyu sistemi qurulmuşdur. Dizaynda həmçinin qida sektoruna aid dizayn elementlərdən də istifadə edilmişdir.

Geniş və funksional admin panel

Şirkətin əvvəlki saytının texniki imkanlarından fərqli olaraq Marcom şirkəti tərəfindən təqdim olunmuş admin panel daha geniş funksiyalara malikdir. Sifarişçi şirkət İcraçı tərəfin köməyindən istifadə etmədən də saytda istənilən dəyişikliyi və ya əlavələri həyata keçirmə imkanı verilmişdir.

İnteqrasiyalı Google SEO sistemi

Digər layihələrdə olduğu kimi Marcom şirkəti Atena markasının saytı üçün də Google SEO sistemini admin panelə inteqrasiya etmişdir. Sifarişçi heç bir proqramçının köməyi olmadan, 3 dildə Meta Title, Meta Description və müvafiq açar sözləri admin paneldən hər səhifə üçün əlavə edə, dəyişdirə bilməsinə şərait yaratmışdır. URL sistemi 3 dilə uyğun formalaşdırılmışdır.

SSL təhlükəsizlik və İnputlar

2018-ci ildən başlayaraq Google Chrome-un “https”-də çalışan saytların ləğv edəcəyini nəzərə alaraq sayt SSL təhlükəsizlik sisteminə qoşulmuşdur. Saytın müraciət formaları olan bütün yerlərinə müvafiq inputlar və SPAM hücumlarına qarşı müvafiq limitlər tətbiq edilmişdir.

Qeyd edək ki, Marcom Marketinq və PR şirkəti artıq bir ilə yaxındır ki, Atena şirkətinin bir çox marketinq aktivliklərini həyata keçirir və markanın loyallığının artırılması istiqamətində addımlar atır.