Menu

Apamark komandası Marcom şirkətinə transfer olundu.

2018-06-01

Qısa müddət ərzində peşəkarları cəlb edərək bazarda mövqeyini möhkəmləndirməyi bacarmış Marcom MMC şirkəti eyni sektorda fəaliyyət göstərən uğurlu şirkətin əməkdaşlarının böyük hissəsini transfer etdi. 

Marcom MMC şirkətinin direktoru Taleh Kərimovun sözlərinə görə Apamark şirkəti həqiqətən də güclü şirkət idi. “Orada çalışan kadrlar əmək bazarının ən yaxşılarından idi.” Mən hər zaman istəmişdim ki, mənim də şirkətimdə belə bir mütəxəsisslər çalışsınlar. Bu istəyim demək olar ki, yerinə yetdi. Biz Marcom MMC şirkəti olaraq Apamark şirkətinin bir çox əməkdaşlarını öz şirkətimizə dəvət etdik və onlar da bizim təklifimizi qəbul etdilər. Bundan genişlənmiş komanda daha da gözəl layihələr icra etməyi düşünürük.

Qeyd edək ki, Apamark Marketinq və PR şirkəti 01 İyun 2018-ci il tarixindən fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Şirkətin fəaliyyətinin dayandırılması Azərbaycanın ən böyük media holdinqi olan APA Holdinqin müvafiq qərarına əsasən həyata keçirildi

Yasamal rayonu, Məmməd Rahim küç. 539-cu məhəllə AZ1073